Azərbaycan Moskvada keçirilən beynəlxalq sərgidə yeni texnoloji nailiyyətlərini nümayiş etdirib

Azərbaycan Moskvada keçirilən beynəlxalq sərgidə yeni texnoloji nailiyyətlərini nümayiş etdirib
# 16 may 2014 14:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında “Svyaz-Ekspokomm 2014” adlı telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətlərinin XXVI beynəlxalq sərgisi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ən böyük sərgi salonlarından biri olan "EKSPOSENTR"də keçirilən sərgidə il ərzində əldə olunmuş ən böyük nailiyyətlər, texniki imkanlar nümayiş olunub.

Mayın 13-dən 16-na kimi davam edən sərgidə Azərbaycan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti öz məhsullarını nümayiş etdirib.

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin nümayəndəsi Daşqın Paşayev APA-ya bildirib ki, sərgi zamanı Rusiyanın dövlət təşkilatlarının nümayəndələri və yerli Rusiya şirkətləri Azərbaycan stendini ziyarət ediblər: "Stendi ziyarət edən qonaqlara Azərbaycan məhsulları barədə ətraflı məlumat verilib və həmin məhsullardan qonaqlara təqdim olunub. Bizim şirkətlərin bu sərgidə təmsil olunması və bizə ayrıca pavilyonun ayrılması Azərbaycanda informasiya texnologiyası sahəsinin inkişafına verilən qiymətdir".

D.Paşayev sərgidə yerli informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərimizin təmsil olunmasını Azərbaycan dövlətinin onlara verdiyi dəstəyin nəticəsi olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR