Samur-Abşeron kanalından qadın meyidi tapılıb

Samur-Abşeron kanalından qadın meyidi tapılıb
# 19 noyabr 2013 19:44 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Samur-Abşeron su kanalının Xaçmaz rayonu ərazisindən keçən hissəsində qadın meyidi aşkarlanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyitin 1964-cü il təvəllüdlü Xaçmaz şəhəri Nizami küçəsi 5 ünvanında qeydiyyatda olan Əsədova Nazəndə Əlihüseyn qızına məxsus olduğu müəyyənləşib. Onun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hadisə ilə bağlı Xaçmaz rayon Prokurorluğundan araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR