Azərbaycan parlamentinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Azərbaycan parlamentinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
# 09 dekabr 2013 13:59 (UTC +04:00)

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

Bunlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Qrant haqqında” qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklər daxildir.

Gündəliyə eyni zamanda Azərbaycan Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi, Koreya və Azərbaycan arasında sürücülük vəsiqəsinin tanınması ilə bağlı sazişin təsdiqi və digər sənədlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR