Azərbaycanda daha iki nəfər suda boğulub

Azərbaycanda daha iki nəfər suda boğulub
# 17 iyun 2014 10:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Şəmkir rayonunda iki nəfər su hövzəsində batıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 16-da Şəmkir rayonunun Bayramlı kəndi ərazisində kənd sakinləri Emin Kamilli və Rauf Bağırov suvarma üçün nəzərdə tutulan su hövzəsində çimərkən suda boğulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR