İran yeni nəsil sərnişin təyyarəsi istehsal edib

İran yeni nəsil sərnişin təyyarəsi istehsal edib
# 15 noyabr 2013 11:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran yeni nəsil sərnişin təyyarəsi istehsal edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Aviasiya Təşkilatının sədri Mənuçöhr Məntiqi açıqlama verib.

Onun sözlərinə görə, “IR-141” sərnişin təyyarəsi tamamilə yerli mütəxəssislər tərəfindən dizayn və istehsal edilib: “Bu təyyarələrdən yalnız bir saat davam edən şəhərlərarası uçuşlar üçün istifadə oluna bilər”. M.Məntiqi “IR-141” sərnişin təyyarəsinin gələn ilin mart ayına qədər istismara veriləcəyini də deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR