Bakıda kapital bazarlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda kapital bazarlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 04 sentyabr 2013 12:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 6-da Bakıda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş «Yeni erada kapital bazarlarının tənzimlənməsi: Tənzimləyici və bazar institutlarına yenidən baxış» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, 15 ölkədən 100-dən çox nümayəndənin iştirakı ilə keçiriləcək konfransda inkişaf etməkdə olan ölkələrin kapital bazarlarında dövlət tənzimlənməsi və kapital bazarlarının peşəkar iştirakçılarının tənzimləyici mühitdə dəyişikliklərə uyğunlaşması tendensiyaları istiqamətlərində geniş müzakirələr aparılacaq.

Qeyd edək ki, konfrans Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) və Avrasiya Fond Birjaları Federasiyası (FEAS) ilə birgə təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR