Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub - FOTO

Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub - <span style="color: red;">FOTO
# 28 noyabr 2013 08:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub. Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hadisə saat 04.15 radələrində Xətai rayonu, Babək prospekti 94 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən “Gövhər” MTK-nın inşa etdiyi yaşayış binasında baş verən güclü yanğın binanın lift şaxtasında meydana gəlib.

Sakinlər yanğın baş verən binada yanğının qarşısını almaqdan ötrü lazım olan vasitələrin, habelə yanğın söndürən şitlərin yerləşdirilmədiyini, buna görə də binada yaşayanların təlaş keçirdiyini bildiriblər. Əraziyə çağırılan yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Sakinlər həmçinin “Gövhər” MTK-nın inşa etdiyi həmin binada yük liftlərinin quraşdırılmadığı, lift şaxtalarının isə insanların həyatı üçün təhlükəli olduğunu qeyd ediblər.

Fövqəladə Hallar Nazirliyi də Xətai rayonunda yerləşən 12 mərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, binada lift şaxtasında mərtəbəarası taxta qəlibləri 40 kv.m sahədə yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR