“Bank VTB (Azərbaycan)” fərdi sahibkarlar üçün yeni məhsul təklif edir

“Bank VTB (Azərbaycan)” fərdi sahibkarlar üçün yeni məhsul təklif edir
# 07 may 2014 08:40 (UTC +04:00)

Bakı – APA-Economics. “Bank VTB (Azərbaycan)” fərdi sahibkarlar üçün nəzərdə tutulmuş 15 min manatadək olan yeni “Kommersant-ekspress” kreditini təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit fiziki şəxslərin – fərdi sahibkarlar və ya şirkət rəhbərlərin zəruri istehlak tələbatlarını ödəmək üçün nəzərdə tutulub.

Məhsulun konsepsiyası müasir dövr üçün unikaldır. Belə ki, sahibkarlıq fəaliyyətinə yeni başlamış istənilən şəxs, yəni 6 aydan az olmayan müddətə biznes fəaliyyəti ilə məşğul olan şəxs müvafiq kreditdən istifadə edə bilər.

Bankın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev yeni məhsula barədə bunları deyib: “Kommersant-ekspress” krediti Azərbaycanda kiçik və orta sahibkarlığın istehlak tələbatını ödəməyə yönəldilmişdir. Sirr deyil ki, əksər sahibkarlar bütün vəsaitlərini biznesin genişləndirilməsinə yönəldir. Lakin bəzən şəxsi tələbatları ödəmək üçün nə isə əldə etmək zərurəti yaranır. Bizim yeni məhsul sahibkara imkan verir ki, öz dövriyyə vəsaitlərinə toxunmadan, istehlak tələbatını ödəmək üçün kreditdən istifadə etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR