Cəlilabadda 20 hektar biçilmiş taxıl sahəsi yanıb

Cəlilabadda 20 hektar biçilmiş taxıl sahəsi yanıb
# 16 iyun 2014 19:24 (UTC +04:00)

Bakı-APA. Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Közbulaq kəndində bələdiyyəyə məxsus ərazidə 20 ha biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR