Azad Rəhimov Masallıda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Masallıda vətəndaşları qəbul edəcək
# 04 mart 2014 11:50 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Martın 11-də gənclər və idman naziri Azad Rəhimov Masallı rayonunda Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul saat 11.00-da Masallı rayon Gənclər Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq arzusunda olan vətəndaşlar 4-10 mart tarixləri arası saat 9.00-dan 18.00-a dək Masallı, Lənkəran, Cəlilabad, Astara, Lerik, Yardımlı rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR