Siyəzəndə avtomobil inəyi vurub, 3 nəfər xəsarət alıb

Siyəzəndə avtomobil inəyi vurub, 3 nəfər xəsarət alıb
# 03 dekabr 2013 06:41 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Dekabrın 3-də axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 83-cü km-də, Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonun Balaqusar kənd sakini, 1981-ci il təvəllüdlü Hacıyev İsgəndər Sadıq oğlunun idarə etdiyi 38 BE 56 dövlət nömrə nişanlı, “VAZ 21-060” markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vuraraq öldürüb. Hadisə nəticəsində avtomobildə olan sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların vəziyyəti stabildir. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR