Azərbaycan neftinin Ceyhan limanından ixracı azalıb

Azərbaycan neftinin Ceyhan limanından ixracı azalıb
# 10 oktyabr 2013 13:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayı ərzində 2 045 350 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% azdır.

Bu həcmin 1 297 092 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 21 942 966 ton olub. Ötən ilin eyni dövrünə nisbətdə bu, 1,5% azdır.

Ümumiyyətlə, Bakı-Ceyhan kəməri istismara verilən gündən 2013-cü il oktyabrın 1-dək Ceyhan limanından 225 609 620 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR