Rauf Mərdiyev “İrəli” İctimai Birliyinin sədrliyinə namizəd olmayacaq

Rauf Mərdiyev “İrəli” İctimai Birliyinin sədrliyinə namizəd olmayacaq
# 27 iyun 2014 08:07 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bu barədə R. Mərdiyev özü bildirib.

R. Mərdiyev deyib ki, “İrəli” İctimai Birliyinə rəhbərlik etdiyi dövrdə təşkilatın uğurları üçün çalışıb, təşkilatı irəli aparmağa çalışıb.

O, artıq yaşca gənclik mərhələsini arxada qoyduğu, təşkilatın rəhbərliyinə yeni gənclərin, yeni qanın gəlməsi üçün sədr postuna namizəd olmayacağını qeyd edib.

Onun sözlərinə görə, yeni gənclərin gəlişi təşkilatın inkişafında növbəti mərhələyə qədəm qoymasına səbəb olacaq.

R. Mərdiyev təcrübəsi ilə təşkilata hər zaman yardımçı olmağa hazır olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR