BMT: Əfqanıstanda həlak olan mülki şəxslərin sayı ötən illə müqayisədə 23 faiz artıb

BMT: Əfqanıstanda həlak olan mülki şəxslərin sayı ötən illə müqayisədə 23 faiz artıb
# 31 iyul 2013 16:07 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu ilin birinci yarısında Əfqanıstanda həlak olan mülki şəxslərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 23 faiz artıb. APA-nın məlumatına görə, bu barədə BMT-nin hesabatında deyilir.

Məlumata əsasən, bu müddət ərzində 1319 nəfər həlak olub, 2533 nəfər isə yaralanıb. BMT baş katibi xüsusi nümayəndəsi Yan Kubişim sözlərinə görə, həlak olan mülki şəxslərin sayı artmasın qarşısının alınması üçün ölkədə mövcud olan münaqişənin bütün tərəfləri mülki şəxslərin müdafiəsini artırmalıdırlar: “Partlayıcı qurğulardan istifadəsinin sayın artması və hökumətə qarşı döyüşən qüvvələrin mülki şəxslərə qarşı hücumların təşkil edilməsi narahatedicidir və buna qarşı addımlar atılmalıdır”.

BMT-nin Əfqanıstanda Dəstək Missiyasının (UNAMA) insan hüquqları üzrə direktoru Corcetta Qanyon isə vurğulayıb ki, Əfqanıstanda həlak olan uşaqların və qadınların sayı da artmaqdadır: “Cari ilin birinci yarısında ötən ilin analoji dövrü ilə müqayisədə həlak olan qadınların və uşaqların sayı 38 faiz artıb. 2013-cü ilin yanvar-iyun ayları müddətində Əfqanıstanda 337 qadın və uşaq həlak olub, 770 nəfər isə yaralanıb. Bu rəqəmlər Əfqanıstanda mövcud olan qeyri-stabil və qəmgin vəziyyətin göstəricisidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR