ABŞ Dövlət Departamenti: "Nə suriyalı hərbçilər, nə də üsyançılar ölkəyə tam nəzarət etmək gücündə deyil"

ABŞ Dövlət Departamenti: "Nə suriyalı hərbçilər, nə də üsyançılar ölkəyə tam nəzarət etmək gücündə deyil"
# 12 avqust 2013 20:56 (UTC +04:00)

Bakı-APA. Nə suriyalı hərbçilər, nə də onlara qarşı vuruşan üsyançılar ölkə ərazisinə tam nəzarət etmək gücündə deyil. Ona görə də onlar mövcud böhranın siyasi həllinə razılıq verməlidir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin nümayəndəsi Meri Harf çıxış edib. O qeyd edib ki, yaranmış durumda dünya birliyi siyasi həll variantını axtarmalıdır.

M.Harf həmçinin bildirib ki, Rusiyanın Suriya hökumətinə dəstək verməsi ilə bağlı Vaşinqton dəfələrlə Moskvaya öz narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR