Dow Jones indeksi 0,4%, S&P 500 0,02% enib, Nasdaq 0,3% yüksəlib

 Dow Jones indeksi 0,4%, S&P 500 0,02% enib, Nasdaq 0,3% yüksəlib
# 09 yanvar 2014 06:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 16 463 bəndədək, S&P 500 0,02% - 1 838 bəndədək enib, Nasdaq 0,3% - 4 166 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına Federal Ehtiyat Sisteminin Açıq Bazarlar üzrə Komitəsinin dekabrında keçirilən iclasının protokollarının dərc edilməsi təsir edib. Protokollardan aydın olur ki, Komitə üzvlərinin əksəriyyəti istiqrazların geri alınması proqramının faydasının azaldığını bəyan edib və ümumi nəticə etibarı ilə iclasda proqramın tədricən bağlanması barədə qərar qəbul edilib.

Avropa fond bazarlarında yanvarın 8-də FTSE 100 indeksi 0,4% - 6 729 bəndədək, Almaniya DAX-ı 0,2% - 9 487 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 256 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 222,30 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3578 dollar (-0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR