Azərbaycan sərhədçiləri Xəzərdə 3 nəfəri xilas ediblər

Azərbaycan sərhədçiləri Xəzərdə 3 nəfəri xilas ediblər
# 17 dekabr 2013 13:24 (UTC +04:00)

Bu barədə APA-ya DSX mətbuat mərkəzindən məlumat verilib.

Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində rezin qayıqda dənizə çıxan və küləyin güclənməsi səbəbindən geri qayıda bilməyən Köçəriyev Mənsim Çərkəz oğlu, Astara rayonunun Kələdəhnə kəndinin ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində sahildən 4 mil aralıda qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən həyatları təhlükə altına düşmüş Dadaşov Tural Səlis oğlu və Məmmədov Kərim Abdulla oğlu sərhədçilərin keçirdikləri xilasetmə tədbirləri nəticəsində qayıqla birlikdə sahilə çıxarılıb.

Məlumatda qeyd olunub ki, DSX-nin Sahil Mühafizəsi qış fəsli ilə əlaqədar Xəzər dənizində meteoroloji şəraitin dəyişkənliyini nəzərə alaraq balıqçıların fəaliyyətinə nəzarəti gücləndirib. Balıqçıların bəzi hallarda hava şəraitini nəzərə almamaları, yaxud nasaz üzmə vasitələrində dənizə çıxmaları təhlükəli vəziyyət yaradır. Belə vəziyyətlərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları xilasetmə əməliyyatları həyata keçirərək vətəndaşların həyatlarını təhlükədən qurtarırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR