İranın Azərbaycandakı səfiri: “BƏƏ ilə mübahisəli adalar həll olunası məsələdir”

İranın Azərbaycandakı səfiri: “BƏƏ ilə mübahisəli adalar həll olunası məsələdir”
# 28 noyabr 2013 10:17 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “İranın bütün qonşularla, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri yaxşıdır. İran prezidenti Həsən Ruhaninin qonşu ölkələrlə yaxşı əlaqələr siyasətini nəzərə alaraq ümid edirik ki, İranın qonşu ölkələrlə, xüsusilə BƏƏ ilə münasibətləri daha da yaxşılaşacaq”.

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin son vaxtlar İran və BƏƏ arasında Fars körfəzində yerləşən üç mübahisəli ada ilə bağlı yaranan gərginliyi APA-ya şərh edərkən deyib.

O əlavə edib ki, iki ölkə arasında normal və irəliyə doğru gedən münasibətlər mövcuddur: “Ölkələrimiz arasında bu mübahisəli adalarla bağlı anlaşmalar var. Bu, həll olunası məsələdir”.

Qeyd edək ki, İran və BƏƏ Fars körfəzində yerləşən mübahisəli Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarının hansı ölkəyə mənsub olması ilə bağlı danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR