«Azercell» mobil internet tariflərini endirib

 «Azercell» mobil internet tariflərini endirib
# 20 noyabr 2013 12:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti mobil internet istifadəçiləri üçün endirim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, abunəçilər «1GB Data» paketini əldə etmək üçün 10 manat deyil, 6 manat ödəyəcəklər. Şirkət yeni «Data paketləri»ni də istifadəyə verib. Artıq internet istifadəçiləri 3 GB paketini 12 manata, 9 GB paketini 18 manata, 18 GB paketini isə 24 manata sifariş edəcəklər.

Eyni zamanda, «Tələbə 1-liyi» tarif paketinin abunəçilərinə bütün paketler üzrə 20% endirim tətbiq ediləcək. İnternet paketindən istifadə müddəti fakturalı xətt abunəçiləri üçün 1 faktura dövrü, «SimSim» abunəçiləri üçün 30 gündür. İnternet paketlərindən yararlanmaq üçün müvafiq açar sözünü seçib 2525-ə göndərmək lazımdır:

İnternet paket

Açar sözü

Paketin qiyməti

30 MB

30

1 AZN

100 MB

100

2 AZN

300 MB

300

3 AZN

1 GB

1000

6 AZN

3 GB

3000

12 AZN

9 GB

9000

18 AZN

18 GB

18000

24 AZN

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR