Ötən il bacısını amansızlıqla qətlə yetirən Ağdam sakini həbs edilib - VİDEO

Ötən il bacısını amansızlıqla qətlə yetirən Ağdam sakini həbs edilib - <span style="color: red;">VİDEO
# 25 yanvar 2014 13:34 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu - APA. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Tərtər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları beynəlxalq axtarışda olan Ağdam rayon sakinini həbs edib.

APA - nın Qarabağ bürosunun xəbərinə görə, bacısını öldürdüyünə görə axtarışda olan Ağdam rayon Şotlandlı kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmov Vasif Namət oğlu saxlanılaraq istintaqa təhvil verilib.

V. Rüstəmov 2013-cü ilin əvvəllərində bacısı Rüstəmova Şəbnəm Namət qızına 4 bıçaq zərbəsi vurub, daha sonra isə onu zəhər içməyə məcbur etməklə, ölümünə səbəb olub. Bacısını intiharetmə adı altında Bakıdan Tərtər rayonuna gətirərək dəfn edib. Ancaq daxil olan əməliyyat məlumatına əsasən, müəyyən olunub ki, Ş. Rüstəmova intihar etməyib, öldürülüb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda AR CM-nin 29, 120.1-ci maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR