Aktrisa Mətanət Əhmədova: “Bəxtiyar Hacıyev, sən azərbaycanlısansa, get hərbi xidmət çək” - YENİLƏNİB

Aktrisa Mətanət Əhmədova: “Bəxtiyar Hacıyev, sən azərbaycanlısansa, get hərbi xidmət çək” - <span style="color: red;">YENİLƏNİB
# 15 aprel 2014 12:27 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Türkiyə vətəndaşı olan Nurəddin Eresin həyat yoldaşı, aktrisa Mətanət Əhmədova deyib. Onun sözlərinə görə, həyat yoldaşının B. Hacıyevdən aldığı puldan xəbəri olmayıb: “Həmişə demişəm ki, pulunu istəmək onun haqqıdır. Ümumiyyətlə, onların arasında nə olubsa, bunun mənə aidiyyəti yoxdur. Biz demirik ki, onun pulunu qaytarmayacağıq. Heç kim heç kimə boş-boşuna pul vermir. Deməli, Bəxtiyarın özünün də maddi marağı olub ki, qazanc olacaq, mənə də verərsən. Bu, ortaq qazanc deməkdir. Pulu notarius yolu ilə veribsə, deməli, qanunla da almalıdır. Gedib versin məhkəməyə, haqqını tələb eləsin. Amma əl-qol bağlamaq, adamı qəbiristanlığa aparmaq cinayətdir və o, buna cavab verməlidir. Dəfələrlə mənim özümü də təhqir edib. Deyir, kişiləri aldadıb altına maşın alıbsan. Mən üç ildir maşının kreditini ödəyib qurtara bilmirəm. Bəlkə mənim əvəzimə maşının kreditini verib? Mən 20 ildir dişimlə-dırnağımla, öz əziyyətimlə tanınmışam, hörmət qazanmışam. Sən kimsən axı? Sən azərbaycanlısansa, get hərbi xidmət çək. Mənim qardaşım Qarabağda can qoyub, idman ustasıdır, kontuziya alıb, Sumqayıtın ruhi xəstəxanasında yatır. Sənin kimilər də lotuluq edir, adam döyür. Bəxtiyar Şəhidlər xiyabanından utansın, orda mənim əmilərim yatır. Bizə şər atır ki, guya yoldaşımın xarici pasportunu əlindən alıbsa, o necə xaricə gedib-gəlirmiş. Yalandır! Mənim yoldaşım həmin müddətdə evdə oturub, heç bir xarici ölkədə olmayıb. Polis dedi ki, bunu araşdırmaq çətin məsə deyil, aeroporta sorğu verəcəklər, cavab gələcək”.

M. Əhmədova əlavə edib ki, hazırda polis idarəsində ifadə verməyi gözləyirlər: “Araşdırma aparılır, qanun nəyi tələb edirsə, o cür də olacaq. Onun pulunu bu yaxınlarda qaytaracağıq. Amma Bəxtiyar Hacıyev əməllərinə görə cəzasını almalıdır”.

Bəxtiyar Hacıyev isə APA-ya açıqlamasında deyib ki, onların səviyyəsinə düşüb, ittihamlara cavab vermək istəmir: “Onlar dələduzluq əməllərini gizlətmək üçün müstəsna həyasızlıq nümayiş elətdirirlər. Hüquq-mühafizə orqanları bu məsələni yəqin ki, araşdıracaq və bu barədə ictimaiyyətə məlumat verəcək”.

Qeyd edək ki, aprelin 14-də B.Hacıyev Türkiyə vətəndaşı Nurəddin Eresin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinə çağırılmışdı. Gənc fəal Nərimanov Rayon Polis İdarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR