Xaçmazda turizm obyektlərində çalışanlar üçün təlim-tədris kursları keçirilib - FOTO

Xaçmazda turizm obyektlərində çalışanlar üçün təlim-tədris kursları keçirilib - <span style="color: red;">FOTO
# 10 iyun 2014 16:31 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 8 gün davam edən təlim-tədris kursları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə birgə keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin regionlarda turizm inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov jurnalistlərə bildirib ki, nazirliyin əsas hədəflərindən biri ölkədə turizm xidmətinin səviyyəsini yaxşılaşdırmaqdır. Onun sözlərinə görə, xidmət səviyyəsinin artırılması üçün bu kimi seminarların keçirilməsi vacibdir.

Təlim-tədris kurslarında əsasən 4 sahə üzrə - “İdarəçilərin təlimçi olaraq hazırlanması, “Qeyd qəbul”, “Xadiməçilik” və “Masa xidməti” ixtisasları üzrə təlimlər keçirilib. Kurslarda əsasən şimal bölgəsində fəaliyyət göstərən turizm obyektlərinin nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR