Bakı – APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı 1 nömrəli aralıq hesabat yayıb. Azərbaycan Mərkəzi Seçki Komissiyasından APA-ya verilən məlumata görə, hesabatda seçkilərə hazırlığın gedişatına dair bir sıra fikirlər səsləndirilib. Bununla əlaqədar MSK aşağıdakıları diqqətə çatdırıb:
“Qadın namizədin irəli sürülməməsi ilə bağlı bildiririk ki, gender bərabərliyi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təmin edilib. Qadınlar həm parlamentdə, həm də Azərbaycan hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunublar. Bu seçkilərdə də qadınların passiv seçki hüququndan istifadə etmələri üçün hər cür şərait yaradılıb. Qadınların yaradılan bu imkanlardan istifadə etməmələrinin hesabatda vurğulanması ən azı anlaşılmazdır. Yeri gəlmişkən, Avropa ölkələrindən indiyədək qadın dövlət başçısı olmayan bir çox nümunələr göstərmək olar.
2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmaması ilə bağlı bildirmək istərdik ki, 2010-cu ildə verilən 17 tövsiyədən 12-si qəbul edilib. Bu haqda məlumat
Seçki komissiyalarının təşkili formulası ilə bağlı bildirmək istərdik ki, Azərbaycan tarixində 2000-ci ildə ATƏT/DTİHB-nin tövsiyələrinə tam uyğun olaraq parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşıb. İndiki müxalifətdə olan siyasi partiyalar bu paritetdən
Bütün televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlı irada gəldikdə, seçkiləri müşahidə missiyasının nəzərinə çatdırmaq istərdik ki, Azərbaycanda bir dövlət televiziya kanalı, bir ictimai televiziya kanalı və 33 özəl televiziya kanalı (5 ölkə səviyyəli, 14 regional və 14 kabel) fəaliyyət göstərir. Belə bir qənaətə gəlinməsinə əsas verən əldə olan faktların və ya buna şərait yarada biləcək qanunların adlarının
Bu mövqe, həmçinin ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının əlaqələndiriciləri tərəfindən qanunvericiliyi və onun hazırkı implementasiyasını QHT-lərin seçki prosesini müşahidə etmək qabiliyyətinə mane olan hal kimi səciyyələndirilməsinə də aiddir.
Onu da qeyd etmək istərdik ki, seçki prosesində qeydiyyatdan çıxma vəsiqəsi seçicilərin səsvermə hüquqlarının təminatı üçün effektli vasitə hesab edilməlidir. Bu məqsədlə də
ATƏT/DTİHB-nin aralıq hesabatında təəccübə səbəb olan anlaşılmazlıqlar seçkiləri müşahidə missiyasının bu istiqamətdə fəaliyyətinin (seçki günü aparılan müşahidə də daxil olmaqla) daha da şəffaf qurulmasına zərurətin olması təəssüratı yaradır. Hesab edirik ki, müşahidəçilərin seçki gününə dair rəylərinin seçkilərdən dərhal sonra ayrı-ayrılıqda ATƏT-in internet saytında yerləşdirilməsi ilə bağlı cəmiyyətdə tez-tez səslənən təklifin nəzərə alınması missiyanın fəaliyyətinə ictimai etimadın artırılması baxımından faydalı olardı”.