Azay Quliyev KİVDF-dən narazılıq edib

Azay Quliyev KİVDF-dən narazılıq edib
# 20 noyabr 2013 10:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti ilə bağlı narazı qaldığı məqamı açıqlayıb.

APA-nın məlumatına görə, Şuranın növbəti ilin maliyyə yardımı müsabiqəsi ilə bağlı ictimai dinləmələr zamanı Azay Quliyev deyib ki, KİVDF sosial jurnalistika və QHT jurnalistikasının inkişafına dəstək vermir.

Onun sözlərinə görə, bununla bağlı narazılığını KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə də çatdırıb: “Ancaq Vüqar Səfərli bildirdi ki, Fond yalnız KİV-ə vəsait ayırır. Mən bununla razı deyiləm. Şura KİVDF ilə gələcəkdə bu sahədə birlikdə layihələr keçirmək barədə razılığa da gələ bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR