Azərbaycanlı pianoçular Bolqarıstanda Beynəlxalq Musiqi müsabiqəsində qalib olub - FOTO

Azərbaycanlı pianoçular Bolqarıstanda Beynəlxalq Musiqi müsabiqəsində qalib olub - <span style="color: red;">FOTO
# 12 sentyabr 2013 20:44 (UTC +04:00)

Xanım Nağıyeva – APA. 3-11 sentyabr tarixlərində Bolqarıstanın Albena şəhərində “Orfeyn Övladları” adlı Beynəlxalq Musiqi müsabiqəsi keçirilib. Müsabiqə iştirakçısı Turan Manafzadənin APA-ya verdiyi məlumata görə, müsabiqədə Rusiya, Ukrayna, Bolqarıstan, Rumıniya, Almaniya, Türkiyə, ABŞ, Ermənistan və Özbəkistan ölkələrindən olan gənc musiqiçilər piano solo, duet, dörd əl, altı əl, xalq musiqisi, pop musiqi, kvartet və kollektiv çıxışlar kateqoriyalarında iştirak ​ ediblər.

Azərbaycanı təmsil edən gənc pianoçular Abuzər Manafzadə və Turan Manafzadə 5 kateqoriya üzrə çıxış edib. Piano solo kateqoriyasında Abuzər Manafzadə 1-cilik, Turan Manafzadə isə 2-cilik qazanıb. Turan Manafzadə həmçinin folk caz kateqoriyasında 1-ci olub. O, müəllifi olduğu və ifa etdiyi “Dilbər” əsərinə görə xüsusi mükafata layiq görülüb.

Eyni zamanda Manafzadələr qatıldıqları 2 piano, 4 əl və 6 əl kateqoriyalarında 2-ci və 3-cü yerləri qazanıblar. Gənc musiqiçiləri müsabiqəyə hazırlayan tanınmış azərbaycanlı pianoçu İslam Manafova yetişdirdiyi tələbələrə görə professional uğur diplomu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR