İDEA Hollivudda 6 dildə ekoloji videoçarx hazırlayıb - VİDEO

İDEA Hollivudda 6 dildə ekoloji videoçarx hazırlayıb - <span style="color: red;">VİDEO
# 25 noyabr 2013 12:05 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyi gəncləri ekologiyanın qorunmasına səsləyən videoçarx hazırlayıb. İDEA-dan APA-ya verilən məlumata görə, çəkilişlər Hollivudda aparılıb, Azərbaycan və ABŞ klipmeykerlərinin ilk müştərək ekoloji işi olub.

Videoçarxda Planetin bütün sakinlərinə müraciətlə təbiəti mühafizə etməyə çağırışlar yer alıb. Videoçarx 6 dildə- azərbaycan, ingilis, rus, fransız, ərəb və çin dillərində hazırlanıb. Təxminən 4 dəqiqəlik ekoloji videoçarx IDEA-nın “Bir dünya- bir gələcək!” şüarı ilə tamamlanır. Burada müxtəlif peşə sahibləri eyni missiya ilə ekologiyanı qorumaq naminə gündəlik fəaliyyətdə gördükləri işlərdən bəhs edir, insanları da buna təşviq edirlər. Kimisi təbiətdə parçalanmayan polietilen paketlərdən imtina etdiyini, kimisi yaşıllıqları qorumaq üçün əkdiyi bitkilərdən, kimisi atmosferə zərərli qazlar buraxmayan avtomobillərə keçməsindən, kimisi isə ətraf mühitin çirklənməsinə qarşı atdığı addımlardan bəhs edir. IDEA ekologiyanın qorunması üçün irimiqyaslı yerli və beynəlxalq layihələrin reallaşdırılmasını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR