Ucar rayonunda ev yanıb

Ucar rayonunda ev yanıb
# 02 noyabr 2013 11:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ucar rayonunda ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Altı kəndində vətəndaşa məxsus ümumi sahəsi 64 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı və çardağı 24 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR