Təhsil naziri: “Məktəbəqədər təhsildə çatışmayan infrastrukturun yaradılmasını özəl sektorla əməldaşlığın genişlənməsində axtarmaq lazımdır”

Təhsil naziri: “Məktəbəqədər təhsildə çatışmayan infrastrukturun yaradılmasını özəl sektorla əməldaşlığın genişlənməsində axtarmaq lazımdır”
# 25 oktyabr 2013 10:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda təhsil sisteminin məktəbəqədər sektorunda çatışmayan infrastrukturun yaradılması yollarını ənənəvi olaraq yalnız dövlət resursları hesabına deyil, özəl sektorla əməldaşlığın genişlənməsində axtarmaq lazımdır”.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, məktəbəqədər təhsil sahəsinə özəl sektorun marağı olduğu təqdirdə, Təhsil Nazirliyi bu təşəbbüsləri dəstəkləmək niyyətindədir.

Nazirin sözlərinə görə, bunun üçün Azərbaycanın qanunvericiliyi də təkmilləşdirilir: “Burada əsas məsələ həmin müəssisələrin və müraciət edən tərəflərin Azərbaycanın təhsil qanunvericiliyinə uyğun olaraq bütün proqrama, tələb və standartlara cavab verməsi olacaq. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəbəqədər hazırlıq təhsilinin icbari olması, çatışmayan infrastrukturun yaradılması məsələsi də nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR