«PAŞA Həyat» sığorta şirkəti nizamnamə kapitalını artırır

«PAŞA Həyat» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 04 fevral 2014 11:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «PAŞA Həyat Sığorta» ASC-nin nominal dəyəri 5 750 manat olan 7 000 ədəd, ümumi emissiyası 40,250 mln. manat olan adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Məlumata əsasən, səhmlər «PAŞA Həyat Sığorta» ASC-nin nominal dəyəri 3 600 manat, sayı 7 000 ədəd, ümumi həcmi isə 25,200 mln. manat olan adi adlı sənədsiz səhmlərinin yeni səhmlərə konvertasiyası yolu ilə yerləşdiriləcək. Beləliklə, şirkətin nizamnamə kapitalı 59,7% artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR