DSX rəisi Elçin Quliyev cənub rayonlarında yaşayan vətəndaşları qəbul edəcək

DSX rəisi Elçin Quliyev cənub rayonlarında yaşayan vətəndaşları qəbul edəcək
# 13 may 2014 12:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev cənub rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

May ayının 22-də saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində keçiriləcək qəbulda Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları may ayının 20-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər. Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanıla və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR