Snouden müvəqqəti sığınacağa görə Rusiyaya minnətdarlığını bildirib

Snouden müvəqqəti sığınacağa görə Rusiyaya minnətdarlığını bildirib
# 01 avqust 2013 19:13 (UTC +04:00)

Bakı-APA. MKİ-nin sabiq əməkdaşı Edvard Snouden ona Rusiyada müvəqqəti sığınacağın verilməsi qərarını ədalət məhkəməsinin qələbəsi adlandırıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda Wikileaks saytında yer alan məlumatda bildirilir. Snouden həmçinin bu qərara görə Rusiyaya minnətdarlığını bildirib.

"Son 8 həftə ərzində biz Obama administrasiyasının beynəlxalq və daxili qanunvericiliyə necə hörmətsizlik etdiyini müşahidə edirdik. Lakin nəticədə ədalət məhkəməsi qalib gəldi. Ölkə qanunları və beynəlxalq öhdəliklərə uyğun olaraq mənə verilən sığınacağa görə Rusiya Federasiyasına öz minnətdarlığımı bildirirəm”, - deyə Snouden vurğulayıb.

Bir müddət öncə Snoudenin vəkili Anatoli Kuçerena bəyan etmişdi ki, onun müştərisi Rusiyada 1 il müddətinə müvəqqəti sığınacaq alıb. MKİ-nin sabiq əməkdaşı Edvard Snouden Wikileaks nümayəndəsi Sara Xarrisonla birgə artıq “Şeremetyevo” aeroportunun ərazisini tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR