Azərbaycan avtomobil benzininin istehsalını 9% artırıb

Azərbaycan avtomobil benzininin istehsalını 9% artırıb
# 18 sentyabr 2013 13:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarından avtomobil benzininin istehsalı 9,2%, ağ neft 11,7%, dizel yanacağı 8,8%, neft bitumunun istehsalı isə 9,0% artıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft emalı müəssisələrinin anbarlarında 44,6 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,9%-i qədər hazır məhsul qalıb.

Kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatların istehsalı müəssisələri tərəfindən 179,0 mln. manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə kimya sənayesində 15,4%, əczaçılıq məhsullarının istehsalında 19,2% artım, rezin və plastmas məmulatların istehsalında isə 12,1% azalma müşahidə olunub.

Əsas kimya məhsullarından izopropil spirtinin istehsalı 71,6%, polietilenin istehsalı 6,8% və lak-boya məmulatlarının istehsalı 24,2% artıb, propilenin istehsalı isə 2,8% azalıb. Rezin və plastmas məmulatlarından bərk polipropilen boruların istehsalı 57,8%, məsaməli poliuretan lövhələrin istehsalı 23,8% artıb, polimer örtüklərin istehsalı 12,7% və polietilen boruların istehsalı isə 6,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR