Ermənistandan Gürcüstana gətirilən 17 maşın kartof geri qaytarılacaq

Ermənistandan Gürcüstana gətirilən 17 maşın kartof geri qaytarılacaq
# 19 noyabr 2013 14:59 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidmətinin məlumatında bildirilib.

Sadaxlı gömrük məntəqəsində Ermənistandan gətirilən kartofa baxış zamanı məlum olub ki, gətirilən kartofda yoluxucu mikro orqanizmdən ibarət xəstəlik aşkar edilib. Kartof nümunələri laboratoriyaya göndərilib. Yoxlama zamanı məlum fakt təsdiqlənib. Nəticədə 467 ton kartof məhsulunda çürümə xəstəliyi aşkarlanıb.

Gürcüstan hökumətinin 429 nömrəli qərarına əsasən, xəstəlik yoluxan kartof məhsulu onu ixrac edən ölkəyə qaytarılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR