Azərbaycan ötən il neft məhsullarının istehsalını 9% artırıb

Azərbaycan ötən il neft məhsullarının istehsalını 9% artırıb
# 27 yanvar 2014 13:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda neft məhsullarından 1 407,2 min ton avtomobil benzini istehsal edilib ki, bu da daha əvvəlki ilə nisbətən 8,5% çoxdur.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il ərzində ölkədə 703,0 min ton ağ neft istehsal edilib ki, da 2012-ci illə müqayisədə 12,2% artım deməkdir.

Hesabat ilində dizel yanacağının istehsalı 5,3% artaraq 2 495,2 min ton olub. Bu müddət ərzində neft bitumunun istehsalı 8,6% artaraq 312,7 min ton təşkil edib.

Həmçinin, ötən il ölkədə neft-kimya sənayesində istifadə üçün 125,0 min ton benzin istehsal edilib ki, bu da 2012-ci illə müqayisədə 15,8% azalma deməkdir. Bu müddət ərzində sürtgü yağları istehsalı da 25,6% azalaraq 46,8 min ton təşkil edib.

Neft emalı müəssisələrinin anbarlarında 38,1 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,1%-i qədər hazır məhsul qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR