Bakıda taxta sexində yanğın olub

Bakıda taxta sexində yanğın olub
# 30 dekabr 2013 02:01 (UTC +04:00)

Bakı-APA. Bakı şəhərində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan taxta sexinin yanar konstruksiyaları və içərisində 4 ədəd dəzgah yanıb.

Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR