Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılışı olacaq

Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılışı olacaq
# 17 dekabr 2013 16:48 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dekabrın 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılışı olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kiçik səhnədə S.Bekketin “Sözsüz” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirəcək.

Quruluşçu rejissoru İsa Əsədov, səhnə və musiqi tərtibatçısı Müşfiq Əliyev, işıq rəssamı Vadim Kuskova məxsus tamaşanın ifaçısı əməkdar artisti Şövqi Hüseynovdur. Absurd teatr elementləri üslubunda hazırlanan tamaşanın son məşqləri başa çatmaq üzrədir.

Dövlət Gənc Tamaşaçılar Teatrının 45 nəfərlik tamaşaçı tutumu olan kiçik səhnəsində teatrsevərlər hər həftə mono və kiçik həcmli tamaşaları seyr etmək imkanı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR