Kənd təsərrüfatı naziri Şəkidə vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Şəkidə vətəndaşlarla görüşəcək
# 11 dekabr 2013 11:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov Şəki və ətraf rayonların vətəndaşlarını qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, H.Əsədov dekabrın 20-də saat 11:00-da Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsində (Şəki şəhəri, Oğuz şosesi,15A) Şəki, Oğuz, Qəbələ, Zaqatala, Qax, Balakən rayonunun sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi (Əlaqə telefonu: 024-24-5-20-22, 050-200-55-63) tərəfindən həyata keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR