Vokalçı Ramil Qasımov bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış edib

Vokalçı Ramil Qasımov bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış edib
# 08 noyabr 2013 12:58 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanın tanınmış vokalçısı Ramil Qasımov bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində çıxış edib. Fortepianonun müşayiəti ilə baş tutan bu konsertin əvvəlində Ramil Qasımov bəstəkarla bağlı xatirələrini danışıb: “Yadımdadır mənim 11 yaşım var idi. Müəllimim xalq artisti, professor mərhum Mobil Əhmədovla Bəstəkarlar İttifaqına gəldik. Mobil müəllim məni Tofiq müəllimə təqdim elədi ki, Ramilə “Sənə də qalmaz”ı öyrətmişəm. Qulaq asarsınızmı? Böyük cəsarətlə həmçinin həyəcanla əsəri oxumağa başlamışdım ki, bəstəkar özü royal arxasına keçdi və məni müşayiət etdi. Sevincimin həddi-hüdudu yox idi. Sonda üzümdən öpüb, Mobil müəllimə dedi ki, bu uşaqla ciddi məşğul ol”.

Gecədə Ramil Qasımov bəstəkarın “Bakı”, “Sevgilim”, “Sən mənimsən, mən sənin”, “Zibeydə”, “Darıxma”, “Sənə də qalmaz”, “Lirik mahnı”, “Bakı haqqında mahnı”larını ifa edib. Konserti fortepianoda Ülviyyə Əliyeva müşayiət edib. Sonda Ramil Qasımov qeyd edib ki, belə canlı konsert proqramlarını ayda bir dəfə keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR