Braziliyada baş vermiş daşqınlar nəticəsində 10 nəfər ölüb, 10 nəfər itkin düşüb

Braziliyada baş vermiş daşqınlar nəticəsində 10 nəfər ölüb, 10 nəfər itkin düşüb
# 15 yanvar 2014 04:25 (UTC +04:00)

Bakı-APA. Braziliyanın San Paulu ştatında baş vermiş torpaq sürüşməsi və daşqınlar nəticəsində 10 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 3300 əhalisi olan kiçik İtaoka şəhərinə ciddi ziyan dəyib. Daşqın və torpaq sürüşməsi nəticəsində bu şəhərin hər 10-cu sakini evsiz qalıb. Şəhərə aparan bütün yollar su altında qalıb, elektrik enerjisinin və içməli suyun verilişində məhdudiyyətlər yaranıb.

Təbii fəlakətlə əlaqədar olaraq şəhərdə fövqəladə vəziyyət elan olunub. İtaoka şəhərinə təcili olaraq humanitar yardım və fəsadları aradan qaldırmaq üçün ağır texnika göndərilib.

Xatırladaq ki, ötən ilin dekabrında Espiritu-Santu və Minas-Jerays ştatlarında 41 nəfər daşqınların qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR