Qusarda 28 yaşlı qız itkin düşüb

Qusarda 28 yaşlı qız itkin düşüb
# 29 oktyabr 2013 17:02 (UTC +04:00)

Qusar. Vəli Turan – APA.. Qusar rayonunda 28 yaşlı qız itkin düşüb. Qusar rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Qusar rayonu, Köhnə Xudat Qazmalar kənd sakini Ağayeva Veronika Rüstəm qızı oktyabrın 21-i səhər saat 07:00 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb.

V. Ağayeva evdən çıxarkən özü ilə 20 manat və bir çanta əlavə geyim götürüb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları V.Ağayevanın tapılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR