7 metrlik quyuya düşən inək xilas edilib - FOTOSESSİYA - VİDEO

7 metrlik quyuya düşən inək xilas edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 yanvar 2014 21:38 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Sabunçu rayonunda su quyusuna düşmüş inək xilas edilib. APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə bir baş iribuynuzlu heyvan dərinliyi yeddi metr olan su quyusuna düşüb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Xilasedicilər müvafiq qaydada heyvanı xilas edərək sahibinə təhvil veriblər.

Xilasedicilərin APA-ya verdiyi məlumata görə, əməliyyat 4 saata yaxın davam edib. İnəq quyudan çıxarılarkən sağ olub. Amma zərbədən ağır xəsarətlər alan heyvan sahiblərinə təhvil veriləndən dərhal sonra kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR