DBX-yə ayrılmış vəsait hesabına alınmış maşın və digər vəsaitlərin təqdim olunma mərasimi keçirilib - FOTO - VİDEO

DBX-yə ayrılmış vəsait hesabına alınmış maşın və digər vəsaitlərin təqdim olunma mərasimi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 aprel 2014 12:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun həyətində “Dövlət büdcəsinin Ehtiyat Fondundan üçün istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə (DBX) ayrılmış vəsait hesabına alınmış maşın, avadanlıq, dərman preparatları və digər vəsaitlərin təqdim olunma mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə kənd təsərrüfatı naziri Heydər Əsədov alınmış maşın, avadanlıq, dərman preparatları və digər vəsaitlərə baxış keçirib. Sonra nazirin iştirakı ilə maşın və avadanlıqlar bölgü əsasında baytarlıq xidmətinin müvafiq qurumlarına paylanılıb.

Tədbirdən sonra jurnalistlərə açıqlama verən Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova bildirib ki, respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının (BSEL) müasir avadanlıqlarla təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə 2,5 milyon manat vəsait ayrılıb. Onun sözlərinə görə, bu vəsait hesabına lazımi avadanlıqlar alınıb və respublikaya gətirilib: “Alınıb gətirilən bu vəsaitlər 105 ədəd BSEL-in müasir avadanlıqla təminatı deməkdir. Ölkəmizdə ilk dəfə olaraq ilkin baytarlıq yardımı üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat vəsait ayrılıb. Ayrılmış bu vəsait hesabına 18 ədəd “DUK” maşını, 100 ədəd yedəkli motosiklet, 2000 ədəd mühərrikli çiləyici, müalicəvi dərmanlar, heyvanları çimizdirmə maddələri, xəstəliyin təyini üçün diaqnostikumlar və dezinfeksiya maddələri alınıb. Bu gün təqdimatı keçirilən maşın və avadanlıqlar Rusiyadan gətirilib. İşlər bundan sonra da davamlı olaraq aparılacaq. Lakin nazirin bizə iradı da oldu ki, maşınlar və avadanlıqlar Avropa dövlətlərindən alınsın və son modellər olsun. Qiymətinə baxmayaraq, yalnız keyfiyyətli məhsullar alınaraq baytarlara verilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR