Dağıstanda baş vermiş atışmada bir polis əməkdaşı və yoldan keçən qadın yaralanıb

Dağıstanda baş vermiş atışmada bir polis əməkdaşı və yoldan keçən qadın yaralanıb
# 17 oktyabr 2013 22:51 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Xasavyurt şəhərində baş vermiş silahlı insident nəticəsində bir polis əməkdaşı və yoldan keçən qadın yaralanıb, cinayətkar isə öldürülüb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Dağıstan DİN-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, atışma polis patrulu saxlanılmış avtomobilin sürücüsünün sənədlərini yoxlayarkən baş verib.

“Sürücü polis əməkdaşlarına tapançadan atəş açıb və cavab atəşi ilə öldürülüb. Atışma nəticəsində bir polis əməkdaşı və təsadüfi yoldan keçən qadın yaralanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib”, deyə mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR