Ukrayna ATƏT-in Daimi Şurasının iclasını çağırıb

Ukrayna ATƏT-in Daimi Şurasının iclasını çağırıb
# 28 aprel 2014 18:12 (UTC +04:00)

Bakı – APA. Ukrayna Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının iclasını çağırıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar Rusiyanın Ukrayna sərhədində təlim keçirməsinin məqsədlərini izah etməkdən imtinasına görə verilib.

Bundan əvvəl Ukraynanın baş naziri Arseni Yatsenyuk Kiyevin Moskvadan 48 saat ərzində sərhəddəki vəziyyətlə əlaqədar məlumat gözlədiklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR