Gürcüstan vətəndaşı Xaçmazda 4 yaşlı piyadanı vurub

Gürcüstan vətəndaşı Xaçmazda 4 yaşlı piyadanı vurub
# 13 may 2013 20:31 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun 4-cü şöbə adlanan ərazisində qeydə alınıb. 45 yaşlı Gürcüstan vətəndaşı Rövşən Mikayılov idarə etdiyi 90 CS 634 dövlət nömrə nişanlı “Mersedes” markalı nəqliyyat vasitəsi ilə 4 yaşlı Fərid Müzəffərovu vurub. Xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR