Rusiyanın Uşaq Ombudsmanı 14 yaşlı azərbaycanlının döyülməsi ilə bağlı baş prokuror və daxili işlər nazirinə müraciət edib

Rusiyanın Uşaq Ombudsmanı 14 yaşlı azərbaycanlının döyülməsi ilə bağlı baş prokuror və daxili işlər nazirinə müraciət edib
# 05 noyabr 2013 16:58 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Uşaq Ombudsmanının mətbuat xidməti məlumat yayıb.


Məlumatda bildirilib ki, Pavel Astaxov milliyyətçi əhval-ruhiyyənin azaldılması istiqamətində tədbirlərin görülməsi üçün Moskva meri Sergey Sobyaninə, həmçinin Moskva vilayətinin Zelenoqrad şəhərində azərbaycanlı yeniyetməyə qarşı vəhşicəsinə hərəkət edən şəxsin barəsində tədbir görülməsi üçün baş prokuror Yuri Çayka və daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət edib.


Qeyd edək ki, 14 yaşlı azərbaycanlı Rövşən Kazımovu dəyərək kor edən şəxs - Lısakov Mixail Valerieviç artıq polis tərəfindən saxlanılıb. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 116-cı (xuliqanlıq niyyəti ilə adam döymə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparıl;r.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR