Azərbaycanda yeraltı qaz anbarlarının yaradılması və istismarı ilə bağlı dövlət standartı təsdiq edilib

Azərbaycanda yeraltı qaz anbarlarının yaradılması və istismarı ilə bağlı dövlət standartı təsdiq edilib
# 03 iyul 2014 12:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 761-2014 “Yeraltı qaz anbarlarının yaradılması və istismarı prosesində məsaməli laylarda laylararası və laydaxili qaytarılmayan qaz itkilərinin qiymətləndirilməsi metodları” dövlət standartı təsdiq edilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu standart ölkədə fəaliyyətdə olan yeraltı qazsaxlama anbarlarının istismar materiallarının uzun dövr ərzində araşdırılması və təhlilinin ümumiləşdirilmiş nəticələri əsasında işlənib hazırlanıb. Standartda məsaməli laylarda qaz anbarlarının yaradılması və istismarı prosesində laylararası və laydaxili qaytarılmayan müxtəlif növlü qaz itkilərinin təyin edilməsi üçün tövsiyə və metodik qaydaların izahatı verilib. Standarta əsasən sözügedən qaz itkiləri müəyyən edilmiş qaydada anbarda qalan fəal qaz həcminin balansından silinməli və aktlaşdırılmalıdır.

Normativ sənəddə qazın qaytarılmayan lay itkilərinin təyin edilməsi metodları, bufer qaz həcminin hesablanması metodu, fəaliyyətdə olan qaz anbarlarında balans əməliyyatlarının reqlamenti və digər məlumatlar öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR