BP Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olub - VİDEO

BP Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olub - <span style="color: red;">VİDEO
# 12 iyun 2014 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. BP şirkəti Bakı 2015 ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı olub.

APA-Economics”in məlumatına görə, sponsorluqla bağlı Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi və BP şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti İan Saderland imzalayıb.

Razılaşmaya əsasən şirkət Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə yardım edəcək.

Avropa Oyunlarını bütün Azərbaycanda təbliğ etməklə yanaşı, BP şirkəti yarışdan əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin medala iddialı olan idmançılarının yetişdirilməsini maliyyələşdirməyə yardım edəcək.

Rəsmi tərəfdaşlıqla bağlı keçirilən mərasimdə gənclər və idman naziri və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov bildirib: “BP bütün dünyada böyük beynəlxalq idman tədbirlərinin dəstəklənməsində təcrübəyə malikdir və buna görə də onu Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi qəbul etməkdən məmnunuq. Mən əminəm ki, onun dəstəyi bu Oyunların Azərbaycan və Avropa boyunca dəstəklənməsinə yardım edəcək və idmançılarımızın ən yüksək nəticələr qazanmaq üçün daha da inkişaf etdirilməsinə köməklik edəcək".

Mərasimdə çıxış edən İ.Saderland bildirib ki, şirkət belə nəhəng idman tədbirinə dəstək olmaqdan məmnundur: "Biz inanırıq ki, ölkənin idman sahəsində yüksək nailiyyətlər qazanmaq üçün böyük mərkəzə çevrilməsi istiqamətində göstərdiyi səylər baxımından bu tədbir ölkə üçün unikal bir imkan yaradır”.

Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq qeyd edib ki, BP şirkəti idman üçün də son dərəcədə mühüm olan ehtiram, mükəmməllik və birgə komanda işi kimi dəyələri təşviq edir və bütün bu dəyərlərin hamısı Bakı 2015 Avropa Oyunları üçün də vacib əhəmiyyət kəsb edir. “Mən əminəm ki, ilk Avropa Oyunlarının təşkili üzrə hazırlığımızı davam etdirdiyimiz bir məqamda Bakı 2015 və BP şirkəti birlikdə güclü tərəfdaşlıq quraraq ölkə ictimaiyyətini cəlb edəcək və ruhlandıracaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Avropa Oyunları gələn il iyunun 12-28-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR