Azərbaycan biznesmenləri Ukraynada keçiriləcək Beynəlxalq Sənaye Forumuna dəvət olunub

Azərbaycan biznesmenləri Ukraynada keçiriləcək Beynəlxalq Sənaye Forumuna dəvət olunub
# 18 oktyabr 2013 10:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabrın 19-22-da Kiyevdə (Ukrayna) XII Beynəlxalq Sənaye Forumu çərçivəsində bir sıra sərgi təşkil olunacaq. Bu barədə «APA-Economics»ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.

Bu, Ukraynanın ən iri və yeganə sənaye forumudur. Forum Beynəlxalq Sərgilər Assosiasiyası (UFT) tərəfindən qeydiyyata alınıb. Bu da sərginin dünyada yüksək səviyyədə qəbul olunduğunun göstəricisidir.

Beynəlxalq sənaye forumu özündə metal emalı, maşınqayırma və buna yaxın olan sahələrin ixtisaslaşdırılmış sənaye sərgilərini əks etdirir. Həmçinin, forum çərçivəsində elmi-praktiki konfranslar, seminarlar, sərgi iştirakçıları üçün müxtəlif təqdimatlar təşkil olunacaq.

Sərgidə Ukrayna və digər ölkələrin aparıcı sənaye müəssisələri iştirak edir. Hər il təşkil olunan sərgidə yeni sənaye texnologiyaları, avadanlıqları və xidmətləri sərgi iştirakçılarına təqdim olunur. Azərbaycanlı sahibkarlar və iş adamları da sərgiyə dəvətlidir. Maraqlananlar Ukraynanın Azərbaycandakı səfirliyi (tel.: +994 12 449-40-95, faks: +994 12 449-40-96; e-mail: [email protected]) ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR