MDB PA-nın baş katibi: “Azərbaycanda MSK təkmilləşib, seçki qanunvericiliyi inkişaf edir”

MDB PA-nın baş katibi: “Azərbaycanda MSK təkmilləşib, seçki qanunvericiliyi inkişaf edir”
# 16 dekabr 2013 08:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycanda keçirilən son prezident seçkiləri göstərdi ki, ölkədə Mərkəzi Seçki Komissiyası təkmilləşib, seçki qanunvericiliyi inkişaf edir”. APA-nın məlumatına görə, bunu MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev Azərbaycan parlamentində keçirilən beynəlxalq seminarda bildirib. O, seçki komissiyalarının fəaliyyətində bu inkişafın şahidi olduqlarını söyləyib: “Azərbaycandakı prezident seçkiləri beynəlxalq, demokratik standartları özündə əks etdirdi. Bu, bizim müşahidə missiyasının hesabatında da göstərilib. Ona görə də mən buna görə Azərbaycan dövlətini ancaq təbrik edə bilərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR